Avstraliya polisi narkotacirlərə qarşı ölkə tarixinin ən böyük əməliyyatını keçirib.

Metbuat.az xəbər verir ki, Malaziyadan gələn gəmidəki qutuları açan polislər, 450 kiloqram heroin ələ keçirib.

Qutunu açan polislər İNANMADI: Gömrükdən gizlicə keçirmək istəyirdilər -

Məlumata görə, asayiş keşikçiləri gəmidə belə külli miqdarda narkotik vasitə olacağını gözləməyib. Ələ keçirilən heroinin dəyəri 100 milyon dollardan çoxdur.

Qeyd edək ki, Avstraliyada ilk dəfədir bir dəfəyə belə böyük miqdarda heroin ələ keçirilir.

Qutunu açan polislər İNANMADI: Gömrükdən gizlicə keçirmək istəyirdilər -