Ərdoğan Toqoya səfərə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turu çərçivəsində Toqo respublikasına səfər edəcək.

Metbuat.az xəbər verir ki, paytaxt Lomeda türk liderin qarşılanması üçün hazırlıq görülüb. Paytaxtda Türkiyə bayraqları asılıb. Məlumata görə, Ərdoğan Toqoda bir sıra zirvələrdə iştirak edəcək.

Qeyd edək ki, tarixdə ilk dəfə Toqoya Türkiyədən prezident səviyyəsində səfər həyata keçirilir. Afrikanın qərbində yerləşən Toqoda əkinçilik inkişaf etmiş sahədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR