Xırdalandakı bu məktəb də distant təhsilə keçdi

Xırdalan şəhər 7 nömrəli tam orta məktəb müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma səbəbindən distant təhsilə keçib.

Bu barədə Metbuat.az-a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Məktəbdə 15 müəllimdə və 16 şagirddə virus aşkarlanıb. Bu səbəbdən dərslər oktyabrın 19-dan etibarən iki həftəlik distant formada davam etdiriləcək.

İdarədən, həmçinin bildirilib ki, bu, Abşeronda bütün məktəb üzrə distant təhsilə keçən ilk təhsil müəssisəsidir. Bundan əvvəl bəzi məktəblərdə koronavirusa yoluxma aşkarlandığından həmin siniflər distant təhsilə keçiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR