Uşaq “Eurovision” yarışması Bolqarıstanda keçirilə bilər

Uşaq “Eurovision” yarışması Bolqarıstanda keçirilə bilər
02:08 19 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+


Sofiya, 19 yanvar, AzərTAc
Bolqarıstanın Milli Televiziyası Avropa Radio və Televiziya Birliyindən beynəlxalq uşaq “Eurovision” yarışmasının keçirilməsi ilə bağlı dəvət alıb.
2014-cü ilin noyabrında Malta yarışmalarında 10 yaşlı Krisia Todorovoyanın, əkizlər Həsən və İbrahim İqnatovların uğurlu çıxışları Bolqarıstanın bu dəvəti almasında əsas səbəb kimi göstərilir.
Uşaq “Eurovision” yarışması müsabiqəsi tarixində 13-cü olacaqdır. Bolqarıstan bu müsabiqədə dördüncü dəfədir ki, iştirak edir. Bolqarıstan Milli Televiziyasının direktoru Vyara Ankova yarışmanın yüksək səviyyədə keçirilməsi üçün hazır olduqlarını bildirib.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Sofiya

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_Eurovision_yarismasi_Bolqaristanda_kechirile_biler-825668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR