Bu ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 836,5 mln. manatlıq əməliyyat aparıblar, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda əksini tapıb.

Məlumata görə, 2021-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkədə apardıqları əməliyyatların həcmi 124,3 mln. manat təşkil edib, bu da 4,8 dəfə çoxdur.