Düyada COVİD-19 qurbanlarının sayı

Dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb.

Metbuat.az worldometers.info saytına istinadən xəbər verir ki, bugünədək 246 759 134 nəfər virusa yoluxub, 5 004 474 nəfər epidemiyanın qurbanı olub. 223 553 707 xəstə isə canını virusdan qurtara bilib.

Koronavirusdan ən çox ölənlər ABŞ-da (765 min), Braziliyada (607 min), Hindistanda (457 min) qeydə alınıb.

Ümumilikdə, virusa yoluxma və ölüm sayına görə, ilk onluqda ABŞ, Hindistan, Braziliya, Birləşmiş Krallıq, Rusiya, Türkiyə, Fransa, İran, Argentina və İspaniya dayanır.

Virusa ilk yoluxma 2019-cu ilin sonlarında Çinin Vuhan şəhərində rast gəlinib. Bugünədək Çində 97 080 nəfər virusa yoluxub, 4 636 nəfər virusdan vəfat edib.

Dünyada çox sürətlə yayılan koronavirus epidemiyası ölkəmizdən də yan keçmədi. Belə ki, indiyədək ölkədə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR