ABŞ-dan F-35 açıqlaması: Türkiyə ilə faydalı görüş oldu

“Ankarada ABŞ və Türkiyə Müdafiə Nazirliklərinin nümayəndələri arasında baş tutan F-35-lərlə bağlı görüş faydalı keçib”.

Metbuat.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Bildirilib ki, məsələ Romada G20 zirvəsində də gündəmə gəlib. ABŞ prezidenti Co Bayden və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün detalları barədə ətraflı məlumat verilməyib. Açıqlamada qeyd edilir ki, ABŞ və Türkiyə müttəfiq ölkədir və Vaşinqton Ankara ilə münasibətlərin faydalı olmasında maraqlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR