Yeni doğulmuş çox sayda körpəyə səhvən koronavirus peyvəndi vuruldu -

Vyetnamın paytaxtı Hanoya şəhərində 2-6 aylıq uşaqlara səhvən koronavirusa qarşı “Pfizer” və “BioNTech” peyvəndləri vurulub.

Metbuat.az xəbər verir ki, ölkənin Səhiyyə Departamenti bu barədə öyrəndikdən sonra körpələri müayinə və müalicə məqsədi ilə xəstəxanaya köçürüblər.

Uşaqların vəziyyəti stabil olsa da, inyeksiyadan sonra bəzilərinin temperaturu yüksəlib, inyeksiya yeri qızarıb və şişib.

Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR