Azarkeşlər Namik Ələskərovun komandasına hücum edib

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" komandası azarkeşlərin hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, hadisə "Kocaelispor"la qarşılaşmadan öncə baş verib. Belə ki, fanatlar avtobusu stadiona daxil olarkən təpikləməyə başlayıb. Bundan əlavə, tərəfdarlar avtobusa butulkalar da atıblar.

Qeyd edək ki, "Bursasspor"un yeganə qolunu 60-cı dəqiqədə penaltidən Namik Ələskərov vurub və klub "Kocaelispor"a 2:1 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR