Ermənistan müdafiə nazirinin Qarabağa SENSASİON SƏFƏRİ:

Noyabrın 6-dan 8-nə kimi Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyan Qarabağda olub.

Metbuat.az xəbər verir ki, Arşak Karapetyan Qarabağa səfəri ərəfəsində İkinci Qarabağ müharibəsindən sonra əzgin düşmüş erməni "ordusu" ilə görüşərək onların mövcud döyüş hazırlıqları ilə maraqlanıb. Daha sonra erməni əsgərləri general mayor tərəfindən mükafatlandırılıb.

Bu barədə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirdi ki, maraqlıdır, Ermənistan müdafiə naziri Qarabağda hansı ordunun döyüş hazırlığı ilə maraqlanıb? Onun sözlərinə görə sülh müqaviləsinin imzalanması üçün danışıqların getdiyi bir ərəfədə Ermənistanın müdafiə nazirinin Qarabağa gəlməsi vəziyyətin yenidən gərginləşməsinə rəvac verə bilər.

"Bu Ermənistanın vəziyyətin yenidən gərginləşməsi niyyətindən xəbər verir. 10 noyabr 2020-ci il bəyanatından irəli gələn öhdəliklər nə Ermənistan nə də Rusiya tərəfindən icra olunmur. Müəmmalı olan isə generalın bu səfərə gəlməsinə və Laçın dəhlizini necə keçməsinə kimin icazə verməsidir. Rusiya sülhməramlıları bu dəfə də erməni məramlı olduğunu subut edir".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR