Bu gün Atatürkün anım günüdür

Bu gün Türkiyə Cumhuriyyətinin banisi olan Mustafa Kamal Atatürkün anım günüdür.

Metbuat.az məlumat verir ki, Atatürkün ölümündən 83 il ötür.

Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Atası Əli Rıza Əfəndi, anası Zübeydə Xanımdır. Ata tərəfdən babası Hafiz Əhməd Əfəndi XIV-XV-əsrlərdə Konya və Aydından Makedoniyada məskunlaşan Kocacık köçərilərindən biriolub. Anası Zübeydə xanım isə Saloniki yaxınlığındakı Ləngəza qəsəbəsində məskunlaşan köhnə türk ailəsinin qızı olub. Atatürkün beş qardaşından dördü gənc yaşda vəfat edib, yalnız Makbule 1956-cı ilə qədər yaşayıb.

Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.

Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi - paşa titulu alan Mustafa Kamal 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq edib. Həmin tarix qurtuluşa atılan addım sayılır. O, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisini yaradıb, eyni zamanda məclisin və təşkil etdiyi hökumətin sədri seçilib. Atatürkün təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da “Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" şüarı əsasında Türkiyə Cümhuriyyətini yaradıb. O, 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik edib. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ona Atatürk adı verilib.

Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb. Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib.

Qeyd edək ki, hər il mayın 19-da Türkiyədə Atatürkü Anma, Gənclik və İdman günü kimi qeyd edilir. Bu tədbir 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk milli mücadiləni Samsundakı çıxışıyla bağlıdır. Ona görə də hər il yerli vaxtla saat 19:19-da bütün şəhərlərdə evlərin balkon və pəncərələrindən Türkiyənin dövlət himni oxunur.

Atatürkün dəfn mərasimi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR