Londonun Belmarş həbsxanasında olan WikiLeaks-in qurucusu Culian Assanc və onun nişanlısı Stella Morris cəzaçəkmə müəssisəsində evlənmək üçün icazə alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Morrisin özü məlumat verib. “The Sun” qəzetinin yazdığına görə, avstraliyalı və onun nişanlısı mərasimin xərclərini özləri ödəyəcəklər, bu mərasim yalnız bir neçə nəfərin iştirakı ilə keçirilməlidir. Assanc və Morrisin katolik olduqlarına görə həbsxana kilsəsinin toy yeri ola biləcəyini təklif edib. Bundan bir neçə ay gün əvvəl Assanc və Morrisin cütlüyün evlənməsinə mane olduğu üçün Böyük Britaniyanın baş prokuroru Dominik Raabı məhkəməyə verilib. Qeyd olunur ki, Morris mayda Assanc ilə toy təşkil etmək xahişi ilə həbsxana keşişinə müraciət etsə də, ondan dəstək almayıb.

Oktyabrın 7-də WikiLeaks-in yaradıcısının gəlini Belmarş həbsxanasının rəisi Cenni Luisin ofisinə rəsmi nikah müraciəti göndərsə də, heç bir cavab almayıb. Qeyd edək ki, 38 yaşlı Morris, Assanc ilə 2011-ci ildə tanış olduğunu, 2015-ci ildə görüşməyə başladığını və onların iki övladının - Maks və Qabriel olduğunu demişdi. Uşaqlar Londondakı Ekvador səfirliyinə sığınarkən (2012-2019) anadan olublar.

Gülbəniz Hüseynli / METBUAT.AZ