“Hökumət indi üçtərəfli bəyanatda nəzərdə tutulanı edir, sadəcə olaraq, hissə-hissə cəmiyyətə təqdim edir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Joqovurd” qəzetinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, Movses Akopyan edərək bildirib ki, Gorus-Qafan yolu 9 noyabr 2020-ci il tarixli imzalanmış Bəyannamə ilə Azərbaycana verilib.

“Artıq noyabrın 9-da imzalanan sənəddən aydın idi ki, Azərbaycan o yolda yerləşəcək. Bu gün təəccüblənənlər ya coğrafiyadan xəbərsizdirlər, ya da imzalanan sənədin mahiyyətini anlamırlar. Azərbaycan öz ərazisində istədiyini etməkdə tam haqlıdır. Əgər sərhəd-keçid məntəqəsi qurubsa, sabah həmin yolu qazıb oradan nəqliyyat vasitələrinin keçməsinə mane ola bilər deyə”,- Akopyan deyib.

Onun sözlərinə görə, “Əgər “dəhliz” olmasa, Qarabağda Azərbaycan silahlı qüvvələrinin yerləşdiyi başqa hissədə də analoji keçid məntəqələri yaradıla bilər. Odur ki, iki tərəfli münasibətləri formalaşdırmaq lazımdır” - Movses Akopyan fikrini belə tamamlayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ