Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları daha güclü rəqiblərlə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşacaq. Qadın yığması isə İsveçlə üz-üzə gələcək.

İlk turdan kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.