DÇ: Avropa zonası üzrə gecənin nəticələri

2022-ci il dünya çempionatının son turunda D, E və G qruplarında son görüşlər keçirilib.

Metbuat.az xəbər verir ki, gecənin nəticələrinə görə, Hollandiya dünya çempionatına birbaşa vəsiqə qazanıb. Türkiyə, Ukrayna və Uels isə pley-offa vəsiqə qazanıb.

Qrup oyunlarından sonra Fransa, Almaniya, İspaniya, Belçika, İngiltərə, Xorvatiya, Serbiya, İsveçrə, Danimarka və Hollandiya Qətərdə keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanıb.

Pley-offda oynayacaq komandalara gəlincə, 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri müəyyənləşib.

10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər.

Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq.

Pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Səpələnmişlər: Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç, Uels

Səpələnməmişlər: Türkiyə, Polşa, Şimali Makedoniya, Finlandiya, Avstriya, Çexiya

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə 32 ölkənin iştirakı ilə keçiriləcək. Qətər millisi isə dünya çempionatında ev sahibi kimi iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR