Fransadan Britaniyanı qəzəbləndirən həmlə: Qaçqın düşərgəsi dağıdıldı

Fransa Böyük Britaniyaya getmək üçün şimal sahilində yerləşən qaçqın düşərgəsini dağıdıb.

Metbuat.az xəbər verir ki, nəticədə 1550 mühacir təxliyə edilib. Yerli mənbələrin məlumatına görə, polis insan alveri ilə məşğul olan 35 şübhəlini nəzarətə götürüb. İddia edilir ki, Fransa belə addım atmaqla qaçqınları Böyük Britaniyaya keçməyə təhrik edir. London isə Parisi qaçqınlara qarşı lazımi tədbirləri almamaqda ittiham edib.

Qeyd edək ki, ötən həftə 1185 qaçqın Fransadan Böyük Britaniyaya keçib. Bu isə rekord göstəricidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR