ABŞ Çini boykot edəcək

“ABŞ gələn il Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək niyyətindədir”.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlama verib. O bildirib ki, Çin insan hüquqlarını pozduğuna görə ABŞ belə addım istəyir. Yerli mənbələr yazır ki, Vaşinqton adminstrasiyası Çinə nümayəndə göndərməyərək dünyanın diqqətini bu məsələyə yönəltmək istəyir.

Amerikalı idmançıların Pekin Qış Olimpiya oyunlarında iştirakı ilə bağlı heç bir məhdudiyyət olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR