Ermənistan bu iddialarla ÇALXALANIR:

Ermənistanın yeni müdafiə naziri Suren Papikyan indi kadr axtarışındadır.

Metbuat.az xəbər verir ki, bu barədə erməni KİV-də məlumat verilib. Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın işdən çıxarılması ilə bağlı siyasi qərar qəbul edilib. Nazir isə bu posta uyğun namizəd tapmadığı üçün hələlik bu tədbirə tələsmir. İndi məsələ mümkün namizədlərin nəzərdən keçirilməsi mərhələsindədir.

Qeyd olunur ki, Davtyanın işdən çıxarılmasına qərar verilməsinin iki səbəb var. Birincisi, Silahlı Qüvvələrin döyüş səmərəliliyinin və təşkilatçılığının səviyyəsi qeyri-qənaətbəxş qiymətləndirilir ki, buna görə birbaşa məsuliyyəti Silahlı Qüvvələrin Baş Qərargah rəisi daşıyır. İkincisi, Davtyan keçmiş müdafiə naziri David Tonoyan və silah alverçisi David Qalstyanla olan yüksək səs-küylü korrupsiya işində şahid qismində saxlanılıb. Tezliklə Davtyanın bu işdəki statusu yəqin ki, dəyişəcək: ona qarşı ittiham irəli sürüləcək. Ola bilsin ki, Silahlı Qüvvələrin Baş Qərargahının hazırkı rəisi həbs olunsun.

Xatırladaq ki, oktyabrın 1-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müdafiə naziri David Tonoyana qarşı ittihamlarla bağlı irəli sürülən cinayət işi çərçivəsində iş adamı David Galstyan saxlanılmışdı. Keçmiş müdafiə naziri sentyabrın 30-da istifadəyə yararsız təyyarə raketlərinin alınması ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyanı və biznesmen və silah alverçisi David Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir. Onlar günahlarını etiraf etmirlər.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR