Yaponiya Cənubi Koreya ilə əlaqələri normallaşdırmağa

Yaponiyanın baş naziri Fumio Kişida Cənubi Koreya ilə ikitərəfli əlaqələrin normallaşdırılmasının vacibliyindən danışıb.

Metbuat.az xəbər verir ki, Kişida etiraf edib ki, yaponlar tərəfindən işləməyə məcbur edilən koreyalılara təzminat ödənilməsi və müharibə zamanı zorakılığa məruz qalan koreyalı qadınların acınacaqlı vəziyyəti, habelə arxipelaqlarla bağlı ərazi mübahisələri Tokio və Seul arasında münasibətlərə mənfi təsir göstərir.

“Beynəlxalq müqavilələrə əməl etmək, öhdəliklərə əməl etmək lazımdır. Ümid edirəm ki, Cənubi Koreya bunu müsbət qəbul edəcək” deyə Yaponiyanın baş naziri bildirib.

Qeyd edək ki, Yaponiya hakimiyyəti Cənubi Koreyanı 1965-ci il ikitərəfli sazişə uyğun olaraq koreyalılara təzminatla bağlı razılaşmaları nəzərə almağa çağırır. Cənubi Koreya Milli Polis Agentliyinin Baş Qərargah rəisi Kim Çan Yanqın Yaponiya dənizindəki Takeşima/Dokdo adalarına səfəri daha əvvəl Tokioda narazılıqlara səbəb olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR