x
Loading...

Paşinyan ELAN ETDİ: Delimitasiya və demarkasiya prosesi başlayır - Erməni ordusu Zəngəzurdan BELƏ çıxarılacaq

Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi onlayn mətbuat konfransında demarkasiya və delimitasiya ilə bağlı imzalanacaq sənədin detalları ilə bağlı açıqlama verib.

Metbuat.az "Hrparak"a istinadən xəbər verir ki, Paşinyan belə bir komissiyanın yaradılması ilə bağlı ilkin razılıq və danışıqlarda substantiv məsələlərin müzakirə olunacağını bildirib. Nəşr qeyd edir ki, sızan informasiyalara görə, demarkasiya və delimitasiya prosesinə başlamağın ilkin şərti ordunun Zəngəzurdan çıxarılması, yəni Zəngəzurun demilitarizasiyası, hərbisizləşdirilməsidir. Bununla bağlı bəzi məqamlar Paşinyanın dünənki mətbuat konfransındakı çıxışının bəzi yerlərində nəzərə çarpıb.

Məsələn, Paşinyan deyir ki, demarkasiya və delimitasiya ilə bağlı son təkliflər əvvəlki təkliflərdən çox da fərqlənmir.

“Biz qoşunların çıxarılması ideyasını irəli sürmüşük, lakin sual yaranır: qoşunları hansı məqamda, hansı prinsip əsasında ərazilərdən çıxarmaq, və bu prosesi necə təmin etmək lazımdır? Əgər demarkasiya və delimitasiya münaqişənin ortasında baş tutacaqsa, bütün proses uğursuzluğa düçar ola bilər”.

Daha sonra Nikol əlavə edib ki, bütün bunların üzərində gündəlik işləyirlər. Onun sözlərindən belə başa düşmək olar ki, toqquşmalardan qaçmaq üçün ən yaxşı həll qarşılıqlı demilitarizasiyadır.

Paşinyan onu da qeyd edib ki, Zəngəzurdan ordunun demilitarizasiya edilməsi onların tamamilə müdafiəsiz qalmasına səbəb ola bilər. Məhz buna görə də, onlar böyük narahatlıq keçirirlər.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR