Cahangir Əsgərov Füzuli aeroportunda Ərdoğana verdiyi sözü tutdu -

AZAL prezidenti Cahangir Əsgərovun yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, bir müddət öncə Füzuli aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Əsgərovun bığının olmamasına işarə etmişdi.

C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Dünən AZAL-ın Müşahidə Şurasının iclasında çəkilən və qurumun səhifəsində yayımlanan fotoda isə artıq C. Əsgərovun bığ saxladığı məlum olub.


Cahangir Əsgərov Ərdoğana bığla bağlı verdiyi sözü tutdu




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR