​Bakı "Global Health Awards"a ev sahibliyi etdi -

Tibb və sağlamlıq sahələrinin tanınmış simalarının iştirak etdiyi "Global Health Awards" layihəsinin qala gecəsi keçirilib.

"Fairmont Baku" otelində baş tutan tədbir ilk dəfə paytaxtımızda təşkil olunduğundan layihəyə böyük maraq və xüsusi rəğbət var idi.

Tədbirdə tibb və sağlamlıq sektorunun həm yerli, həm qardaş Türkiyənin, həm də xarici ölkələrdən olan peşəkar həkimləri, eləcə də bu sektorun nüfuzlu markaları iştirak etdilər. Onlar arasında Türkiyənin tanınmış həkim-dietoloqu Dr. Ender Saraç, "Medipol" Təhsil və Sağlamlıq Qrupunun Korporativ Marketinq Koordinatoru Uygar Üstün, neyrocərrah Dr. Ali Zırh, üz-çənə cərrahı Dr. Hakan Ocak, gözəllik üzrə ekspert Nihan Bozatlı, Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Dr. Mohamed El Sahili, tanınmış uşaq cərrahı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Dr. Allahverdi Musayev, ali dərəcəli uşaq cərrahı Dr. Qafar Cəfərov, "Baku City Hospital"ın direktoru, travmatoloq Bayram Qorçiyev, Tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Dr. Yazgül Abdıyeva, Psixologiya üzrə fəlsəfə doktoru, "Logos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Dr. Təranə Paşayeva, "Unity Company" dərman şirkətinin rəhbəri Fikrət Əliyev, tanınmış plastik-estetik cərrah Dr. Könül Ağamirova, oftalmoloq Dr. Aygün Rəhimzadə, hekim audioloq Dr. Aygün Quliyeva, stomatoloq, "Lovely Dent" stomatoloji klinikalar şəbəkəsinin rəhbəri Dr. Xəyal Səmədov, məşhur “Mustela” firmasının Azərbaycan üzrə direktoru Aida İmanova, istedadlı həkim-dermatoloq Dr. Nurlana Məmmədova, tanınmış stomatoloq Dr. Xalidə Nəsirova, "Biomed Spectr" tibb mərkəzinin rəhbəri Nəzrin Sadıqova, tanınmış dermo-kosmetoloq Dr. Rəna Soltanova və digər peşəkar həkimlər yer alıb. Gecənin aparıcıları Azər Süleymanlı və Tutu Zeynalova idi.

Layihənin əsas məqsədi peşəkar həkimləri və tibb şirkətlərini ictimaiyyətə daha da yaxından tanıtmaq, onların fəaliyyətini qiymətləndirmək və motivasiya verməkdir.

"Global Health Awards" layihəsinin proqramına əsasən ilk olaraq sammit keçirilib. Qala gecənin spikerləri Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Dr. Mohamed El Sahili, Türkiyənin tanınmış və geniş oxucu auditoriyasına sahib olan "BossLife" jurnalının rəhbəri Anıl Taşdemir oldu.

Qeyd edək ki, tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Avropa, yaxın şərq və Afrikanın böyük tibb mərkəzlərinin rəsmi nümayəndələri qatılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR