SON DƏQİQƏ:

Türkiyənin qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, CNN Türk telekanalının məlumatına görə , Ege dənizi sahilində Urla şəhəri (İzmir vilayəti) yaxınlığında böyük güclü seysmik təkanlar hiss olunub. Zəlzələnin episentrinin Egey dənizinin 3,97 kilometr dərinliyində olduğu müəyyən edilib. Əsas zəlzələdən sonra 4,3 və 2,8 bal gücündə təkanlar baş verib.

İzmir Yavuz vilayətinin valisi Səlim Keşgerin sözlərinə görə, ola biləcək tələfat və dağıntılar barədə məlumat yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR