Neftin qiyməti fərqli dinamika üzrə dəyişib

Dünya bazarında WTI markalı neft bahalaşıb, Brent neft isə ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası ticarət əməliyyatlarının gedişində Brent markalı neftin 2022-ci il fevral müqaviləsinin dəyəri 3.91% ucuzlaşıb. Bununla da neftin 1 barelinin son qiyməti 70.57 ABŞ dolları olub.

Nyu-yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2022-ci il yanvar müqaviləsinin dəyəri isə 2.51% artıb. Belə ki, WTI markalı nefti 1 barelinin qiyməti 67.84 ABŞ dolları olub.

Mənbə: Bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR