"Barcelona"nın tək əlacı kredit almaqdır

"Barcelona" futbol klubu maliyyə çətinliyini aradan qaldırmaq üçün kredit götürəcək.

Metbuat.az xəbər verir ki, klub prezidenti Joan Laporta ən yüksək krediti almaq üçün səlahiyyətli orqanlara müraciət edəcək. O bildirib ki, klubun borcu 1 milyard avronu keçib.

Qeyd edək ki, ulduz futbolçu Lionel Messi avqustun 5-də "Barselona"dan ayrılıb. Bundan başqa, cari ilin noyabrında "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib və ispaniyalı mütəxəssis Xavi "Barselona" klubunun baş məşqçisi təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR