Türkiyənin "düşməni" siyasətdən getdi

Türkiyəyə qarşı sərt mövqeyi ilə seçilən Avstriyanın keçmiş Baş naziri Sebastian Kurz partiya sədrliyindən də istefa verib.

Metbuat.az xəbər verir ki, o ümumiyyətlə siyasətdən uzaqlaşdığını açıqlayıb. Məlumata görə, buna səbəb keçmiş Baş nazirin adının korrupsiya qalmaqallarında hallanmasıdır. Xalq Partiyasının 35 yaşlı lideri özü isə siyasətdən getməsinin səbəbləri barədə açıqlama verməyib.

Qeyd edək ki, Kurzun Baş nazir vəzifəsindən istefa verməsinə də korrupsiya iddiaları səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR