Macarıstan və Çexiya Polşa ilə Belarus arasındakı sərhədə öz hərbçilərini göndərməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak dekabrın 3-də jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda Polşa hərbçilərinin dəstəklənməsi ilə bağlı Çexiya və Macarıstanın hərbi səlahiyyətliləri ilə danışıqlar aparılır”, - nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarusla sərhədi qorumağa yardım üçün Polşaya Böyük Britaniya və Estoniyadan hərbi tağımların gəldiyinə dair məlumat yayılmışdı.