Dünyanın ən yaxşı məşqçisi bəlli oldu

Ən yaxşı yığma məşqçilərinin siyahısı bəlli olub.

Metbuat.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) keçirdiyi səsvermənin nəticələrini dərc edib. Belə ki, İtaliya yığması ilə Avropa çempionu olan Roberto Mançini 225 səs toplayaraq planetin ən yaxşısı seçilib.

Argentina millisinə Amerika kubokunu qazandıran Lionel Skaloni ikinci yeri tutub. İlk “üçlüy”ü fransalı Didye Deşam qapayıb.

1. Roberto Mançini (İtaliya) - 225
2. Lionel Skaoloni (Argentina) – 30
3. Didye Deşam (Fransa) – 25
4-. Camel Belmadi (Əlcəzair) – 15 Tite (Braziliya) – 15


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR