Konfrans Liqası: "Qarabağ" 7-ci yerdədir

UEFA Konfrans Liqasındakı komandalardan son 5 oyunda ən yaxşı nəticəni göstərənlərin siyahısını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, ilk "10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sırada göstərilib.

Qeyd edək ki, Ağdam təmsilçimiz dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR