Çindən SƏRT CAVAB: "Vecimizə deyil"

“Avstraliyanın Pekin Qış Olimpiada oyunlarını boykot etməsi Çinin vecinə deyil”.

Metbuat.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyindən belə açıqlama verilib. Açıqlamada bildirilir ki, Çin hökuməti beynəlxalq yarışlara Avstraliyanın rəsmi nümayəndələrini çağırmaq niyyətində deyil.

Qeyd edək ki, Avstraliya 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiada oyunlarını boykot edəcəyini açıqlayıb. Məlumata görə, buna səbəb Çinin Sintszyan-Uyğur Muxtar Rayonu və digər bölgələrdə insan hüquqlarını pozmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR