Konfrans Liqası: "Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olacaq. "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək.

"Qarabağ"ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. "Bazel"in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, VI tur

00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)

Bazel, "Sent Yakop-Park" stadionu.

Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR