39 cinayətin üstü “isti izlər”lə açılıb

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən törədilən 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması təmin olunub. Axtarışda olan 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

məlumatda qeyd edilib ki, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR