Messi ilə bağlı gizli sənəd üzə çıxdı: İspaniya bu xəbərlə çalxalanır -

İspaniyanın “El Mundo” qəzeti “Barselona” klubu ilə Lionel Messi arasında 2017-ci ildə imzalanmış müqavilənin detallarını yayımlayıb.

Metbuat.az xəbər verir ki, bu günə qədər gizli saxlanılan sənədin yayılması İspaniyada şok effekti yaradıb. Qəzetin yazdığına görə, 4 illik müqavilədə Messiyə 555 235 619 avro məvacib ödənilməsi nəzərdə tutulub. Sənədə görə, Messi 115 milyon avro imza pulu, 78 milyon avro isə “sədaqət” pulu alıb.

Qalan məbləğ isə onun məvacibidir. Hazırda külli miqdarda borcu olduğuna görə böhran içində olan “Barselona”nın Messiya bu qədər pul ödəməsi bəzi dairələr tərəfindən tənqid olunub. Qeyd edək ki, “Barselona” müqavilənin detallarını yayan qəzeti məhkəməyə verəcəyini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR