“Qarabağ” səfərdə “Bazel”ə məğlub oldu

Dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən matçda İsveçrənin “Bazel” klubu Ağdam təmsilçisi “Qarabağ”ı məğlub edib.

Metbuat.az xəbər verir ki, “Sent Yakob Park” stadionunda keçirilən görüşün 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Artur Kabral hesabı açıb. Matçın 62-ci dəqiqəsində "Bazel"in yarımmüdafiəçisi Paytim Kasami hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 74-cü dəqiqəsində Artur Kabral özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Bu oyunda vurulan son qol olub.
Qeyd edək ki, Ağdam təmsilçisinin isə 3-cü dəqiqədə vurduğu qol sayılmayıb.

Oyunu xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR