"Qarabağ”ın potensial rəqibləri bəlli oldu

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Bazel”ə 0:3 hesabı ilə uduzaraq H qrupunu ikinci pillədə başa vuran “Qarabağ”ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), “Lester” (İngiltərə), “Sparta” (Çexiya), PSV (Niderland), “Marsel” (Fransa), “Midtülland” (Danimarka) və “Rapid” (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.

Qeyd edək ki, pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR