Muradov niyə tez-tez Qarabağa gedir? -

Xəbər verdiyimiz kimi, ötən gün İrəvana gələn Demarkasiya və Delimitasiya Komissiyasının Rusiya nümayəndələri arasında Rusiya müdafiə nazirinin iki müavini də olub.

Metbuat.az xəbər verir ki, onları Erebuni hərbi hava limanında Rusiya sülhməramlılarının keçmiş komandanı, bu komissiyanın Rusiya hissəsinə rəhbərlik edəcək general-leytenant Rüstəm Muradov qarşılayıb. İrəvana çatdıqdan sonra Xankəndinə yola düşən sülhməramlı qoşunlar orada onların komandanlığı ilə görüşüblər.

Erməni KİV yazır ki, Rusiya tərəfi Qarabağda baş verən hadisələrə görə böyük anti-Rusiya dalğasına səbəb olacağını anlayır. Muradovun Ermənistana sonuncu uzunmüddətli səfərinin səbəbi budur. Muradovu tez-tez Qarabağa göndərməklə də vəziyyəti cilovlamağa çalışır. Məlumata görə, ötən gün Rusiyadan olan nümayəndə heyəti Rusiyanın 102-ci hərbi bazası Gümrüyə gedib, bu gün isə onlar böyük ehtimalla Ermənistanı tərk edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR