ŞOK İDDİA: İsrail ordusu İrana hücuma hazırlaşır - Çox sayda qırıcı hazır vəziyyətə gətirilib

İsrail ordusu Aralıq dənizində irimiqyaslı təlimlər keçirəcək.

Metbuat.az Yenişafak qəzetinə istinadən xəbər verir ki, Yunanıstanın hava məkanında keçiriləcək təlimlər İrana mümkün hücumun məşqi kimi dəyərləndirilir. İsrail mediası hərbi mənbələrə istinadən bildirib ki, bu, İrana qarşı hücum ssenarisini əhatə edən İsrailin ən böyük təlimlərindən biridir. Təlimlərin dəqiq tarixi barədə açıqlama verilməsə də, məşqlərin 1 aydan sonra başlayacağı güman edilir. Təlimlərə F-35, F-16, F-15 qırıcıları və çox sayda digər hərbi təyyarələr cəlb ediləcək.

Məlumata görə, təyyarələr İranın nüvə obyektlərinə hücum zamanı qət etməli olduğu məsafəni (min kilometrdən çox) simulyasiya edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR