Elnur Hüseynov İsfar Sarabski ilə birlikdə yeni albom hazırlayır

Elnur Hüseynov İsfar Sarabski ilə birlikdə yeni albom hazırlayır
06:48 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov iki albom üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə oikotimes.com saytı məlumat yayıb. Müğənni bildirib ki, o hazırda eyni zamanda iki albom üçün mahnı yazır. “Onlardan biri məni “Türkiyənin səsi” yarışmasında dəstəkləyən pərəstişkarlarım üçün türk dilində olacaq. Digərini isə bütün Avropa və Eurovision fanlarım üçün ingilis dilində hazırlayacağam”, - deyə o qeyd edib.
Elnur ingilis dilində albomunu tanınmış Azərbaycan pianoçusu və bəstəkarı İsfar Sarabski ilə birgə hazırlayacaq. Albomların buraxılış vaxtının yayda elan ediləcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elnur_Huseynov_Isfar_Sarabski_ile_birlikde_yeni_albom_hazirlayir-859303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR