8 aydan sonra yenidən Süveyş kanalından keçdi

8 ay əvvəl Süveyş kanalında qəzaya uğrayaraq iqtisadi böhrana səbəb olan “Ever Given” konteyner gəmisi yenidən kanaldan keçib.

Metbuat.az xəbər verir ki, gecə saatlarında kanaldan keçən gəmi bu gün Aralıq dənizində irəliləyib. Gəminin marşrutu barədə açıqlama verilməyib.

Qeyd edək ki, mart ayında Panama bayrağı altında üzən “Ever Given” gəmisinin qəzaya uğraması nəticəsində Süveyş kanalında hərəkət 6 gün dayanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR