UEFA-dan kobud səhv: Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək - YENİLƏNİB

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrar aparılacaq.

Metbuat.az rəsmi saytına istinadən məlumatına görə, buna səbəb təşkilatçıların püşkatma zamanı kobud səhvə yol verməsidir.

Tədbir bu gün Bakı vaxtı ilə saat 18:00-da yenidən keçiriləcək.

15:32

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)

"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)

"İnter" (İtaliya) - "Ayaks" (Niderland)

"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR