Cənubi Koreya fevralda keçiriləcək Pekin Qış Olimpiada oyunlarını boykot etməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Cənub Koreya prezidenti Mun Çje İn açıqlama verib. O bildirib ki, Seulun belə planı yoxdur.
Qeyd edək ki, Avstraliya və Kanada insan hüquqlarının pozulmasını əsas gətirərək, Pekin Qış Olimpiada oyunlarını boykot edəcəyini bəyan edib.
Bu ölkələr beynəlxalq yarışlara yalnız idmançılarla qatılacaq.