Ukrayna üçün Rusiyaya qarşı qətnamə qəbul edildi

Avropa Parlamentinin deputatları bu gün keçirilən plenar iclasında səs çoxluğu ilə Ukrayna sərhədlərindəki vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnaməni qəbul ediblər.

Metbuat.az xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat bitərəf qalıb.

Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Aİ-dəki bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.

Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur. Bu da Rusiya şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.

Bildirilir ki, parlamentarilər də belə tədbirlərin Rusiya iqtisadiyyatının mühüm sektorlarına təsir etməsini zəruri hesab edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR