Türkiyədəki qəzada ölən Qəmər nişanlı imiş... - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində iki azərbaycanlı həlak olub.

Metbuat.az-ın məlumatına görə, qəza nəticəsində həlak olanlardan Qəmər Niyazova Şərur rayonunun Dizə kənd sakinidir.

2002-ci il təvəllüdlü Qəmər, atası ilə Türkiyəyə gedirmiş. Evin yeganə övladı olan Qəmər nişanlı imiş.

Hadisə nəticəsində həlak olan 1961-ci il təvəllüdlü Fazilə İsmayılova da Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakinidir. Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək.

Qeyd edək ki, qəza zamanı avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR