Kosta-Rikanın Şernes dəniz limanında 100 polisin iştirakı ilə aparılan axtarışlar zamanı dəyəri 100 milyon dollardan çox olan narkotik vasitələr aşkarlanıb.

Metbuat.az xəbər verir ki, narkotik vasitələr bananların arasında gizlədilib. Narkotik vasitələrin çəkisi 1 tondan çox olub. Hadisə ilə bağlı 6 şübhəli saxlanılıb. Gəminin istiqaməti və narkotik vasitələrin hansı bölgəyə göndəriləcəyi barədə məlumatlar məlum deyil.