Koalisiya qüvvələri İraqdakı bütün hərbi bazaları təhvil verdi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın Ərbil bazasını tərk edib.

Metbuat.az xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, koalisiya qüvvələrinin hərbi əməliyyatlarda iştirak edən bütün qüvvələri ölkədən çıxıb. Hazırda İraqda az sayda koalisiya qüvvələrinin hərbçisi qalıb. Onlar da terrorla mübarizə məsələlərində məsləhətçilərdir.

Qeyd edək ki, ötən həftə koalisiya qüvvələri Ənbar vilayətindəki hərbi bazanı tərk etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR