ABŞ ordusu Yəmənə silah daşıyan gəmini ələ keçirdi

ABŞ donanması Oman sahillərində balıqçı gəmisini saxlayıb.

Metbuat.az xəbər verir ki, gəmidə aparılan axtarışlar zamanı 1400 avtomat tapılıb. Gəminin heyət üzvlərinin yəmənli olduğu bildirilir. Güman edilir ki, silahlar İrandan Yəmənə daşınırmış. Bildirilir ki, İran Husi üsyançılarına hərbi dəstək vermək üçün balıqçı gəmisinin üzdüyü istiqamətdən mütəmadi istifadə edir.

Saxlanılan gəminin də Husilərə silah daşıdığı irəli sürülür. İran isə iddiaları rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR