Palmalife Marina Hotel – arzularınızın həyata keçdiyi məkan (FOTO)

Palmalife Marina Hotel – arzularınızın həyata keçdiyi məkan (FOTO)
10:03 30 May 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend, müəllif Rufiz Hafizoğlu/

Əlbəttə, Türkiyədə hotellər az deyil. Ancaq hər turizm mövsümündə istirahət etmək istəyənlərin qarşısında belə bir sual dayanır: hara gedək və hansı hoteli seçək?

Türkiyədə lüks mehmanxana komplekslərini nəzərdən keçirsək, belə bir nəticəyə gəlmək olar ki, “Palmalife Marina” ən yaxşılardan biridir.

Bu hotel 120 iddiaçının iştirak etdiyi “Luxury Lifestyle Awards” müsabiqəsinin qalibi olmaqla “Yaxın Şərqin ən lüks hoteli” nominasiyasına layiq görülüb.

“Palmalife Marina” Türkiyənin ən populyar turizm bölgələrindən biri olan Bodrumda (Yalıkavak) yerləşən müasir hoteldir.

“Luxury Lifestyle Awards”ın təsisçisi, elit hotellərin mükafatlandırılması ilə məşğul olan Aleksandr Çetçikov Yaxın Şərqin mehmanxana biznesində yüksək sürətlə inkişaf edən region və bazar olduğunu qeyd edib.

“Best of luxury” nominasiyası üzrə mükafatlandırılma mərasimində “Palmalife Marina Hotel”ə rahatlıq və unikallığın rəmzi olan qızıl tac və xüsusi sertifikat təqdim edilib.

2011-ci ildə “Palmali Group” Yalıkavakda “Palmalife Marina Hotel”i əldə edib, orada yenidənqurma işləri apardıqdan sonra turizmə fərdi yanaşması ilə regionun taleyini dəyişib.

Türkiyənin ölkədə turizmin inkişafına böyük diqqət ayırdığını nəzərə alsaq, bu hotelin bu sahədə xidmətlərinin az olmadığını deyə bilərik. Komfortu sayəsində hotel yerli turistlərlə yanaşı, əcnəbiləri də cəlb edir.

“Palmalife Marina”da müasir memarlıq üslubu, son dərəcə zövqlü dizayn və gözəl təsir bağışlayan mənzərə görmək olar. Rahat otaqları “Palmalife Marina” hotelini fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Türkiyənin bir çox dəniz sahili turizm yerlərində tropik landşafta rast gəlmək olar. Lakin palmalara, hotelin terrasından birbaşa ayaq basacağınız ağ və təmiz qumlu çimərliyi yalnız “Palmalife Marina”da görmək olar.

Bir tərəfdən, dəniz və limana açılan əsrarəngiz mənzərə, digər tərəfdən, hotelin otaqları və zalındakı sakitlik və rahatlıq, üçüncü bir tərəfdən, “Cipriani”, “Nobu”, “Billionaire” kimi brendlərin gözəl mətbəxi. Bundan necə imtina etmək olar?

Açıq havada olan ticarət mərkəzləri “Couture”, “Philipp Plein”, “Roberto Cavalli”, “Versace” və “Missoni” kimi brendlərlə təmsil olunur. “Palmalife Marina”da müntəzəm şəkildə yüksək səviyyəli sərgilər keçirilir, burada 7D kinoteatr, xüsusi atraksionlar və uşaqlar üçün “Kids Paradise” akvaparkı fəaliyyət göstərir.

“Palmalife Wellness” spa-mərkəz, ənənəvi türk hamamı, sauna, mütəxəssislər tərəfindən hazırlanmış pəhriz, detoks və fitnes proqramları turistlərə sağlamlıqlarını bərpa etməyə və ideal formada qalmağa kömək edəcək. Buranı seçənlər gəmi və vertolyot meydançasının xidmətlərindən də istifadə edə bilərlər.

“Palmalife Marina” hoteli dənizə baxan bir və iki yataqlı otaqlar təklif edir. Lüks otaqlar istirahət üçün lazım olan bütün əşyalarla təmin olunub.

Bir sözlə, hotel seçimi zamanı çox fikirləşmək lazım deyil. “Palmalife Marina Hotel” – arzularınızın həyata keçdiyi məkandır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2400497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR