Türkiyə qarşısıalınmaz gücə çevirilir: Ərdoğanın həmlələri dünya üçün gözlənilməz oldu -

Yaponiyanın nüfuzlu qəzeti “NikkeiAsia”da Türkiyənin iqtisadi, hərbi gücü və prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti barədə məqalə dərc edilib.

Metbuat.az xəbər verir ki, müəllif Türkiyənin son illər bir çox sahədə ciddi uğurlar qazandığına diqqət çəkib. Məqalədə deyilir ki, Türkiyə Ərdoğanın həmlələri ilə maneələri aşaraq xarici siyasətdə böyük gücə çevrilmək istəyir. Müəllif bildirir ki, Ərdoğanın rəhbərliyindəki Türkiyə lazımi dəyəri görməməkdən usanıb.

“Avropa Birliyinə qoşulmağı gözləyən Türkiyə, öz həmlələri ilə azad diplomatik və bölgəsəl güc olmaq istəyir. Ərdoğan illərlə yürüdülən qərbyönümlü siyasi gedişatı dəyişib. Ankara sərt güc yolunu seçəndə çoxlarının gözlədiyindən daha çox gücləndi. Türkiyənin siması PUA-lar oldu. Bu Türkiyənin yeni kəşf edilən gücünün rəmzidir”.

Məqalədə türk PUA-larının Liviya və Suriyadakı uğurlarından, Qarabağda erməni hərbi texnikalarını məhv etməsindən də bəhs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR