"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted" futbolçusu Antoni Elanqa ilə yeni sözləşmə imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu 2026-cı ilin yayınadək Premyer Liqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Antoni Elenqa 12 yaşında "Mançester Yunayted"in akademiyasına qoşulub. İsveçli gənc oyunçu İngiltərə təmsilçisinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb və 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR