ABŞ-da 1600 uçuş ləğv edildi

ABŞ-da koronavirusun “Omicron” ştamına yoluxma hallarının artması səbəbindən Yeni il tətilində 1600-dən çox uçuş ləğv edilib.

Metbuat.az-ın məlumatına görə, pandemiyanın hava yolları əməkdaşlarına təsiri səbəbindən bu qərarlar qəbul edilib.

Ləğv olunan uçuşlara görə tətilə getmək üçün hava limanlarına üz tutan amerikalılar çətin vəziyyətlə üzləşiblər.

Dünya miqyasında isə pandemiya səbəbindən cümədən bazar gününə qədər 5 min 400-dən çox uçuş ləğv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR